Azərbaycan Triatlon Federasiyası ilə AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Oxu.Az-ın xəbərinə görə, federasiya prezidenti Elçin Əliyevlə dövlət agentliyinin Aparat rəhbəri Fuad Qarayev memorandum sənədini imzalayıb.
Memoranduma əsasən, ASAN könüllüləri bu federasiyanın fəaliyyətinə cəlb olunacaqlar. Federasiya isə bu könüllülər üçün müəyyən treninqlər keçirəcək.
Həmçinin, federasiya prezidenti Elçin Əliyev triatlonda fərqlənmiş idmançıları mükafatlandırıb.
Səbuhi Musayev