"Aston Villa" "Mançester Yunayted"in yarımmüdafiəçisi Alexandro Qarnaço ilə maraqlanan klublar sırasına qoşulub.
Oxu.Az "CaughtOffside"yə istinadən xəbər verir ki, bundan əlavə, "Napoli" və "Bayer Leverkuzen" də futbolçunun transferində maraqlıdır.
Qarnaço özü isə İngiltərə Premyer Liqasında qalmaq istədiyindən "Çelsi"nin təklifini gözləyir.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 58 oyun keçirib , 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.