Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilir.
Oxu.Az xəbər verir ki, gecənin qarşılaşmasında "Atletiko Madrid" klubu İspaniyada İngiltərənin "Arsenal" komandasını qəbul edəcək.
Azərbaycanda azarkeşlər bu oyunu İctimai TV-də izləyə biləcəklər.
Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-də və 6-da keçiriləcək.
Xatırladaq ki, dünən baş tutan ilk yarımfinal matçında PSJ komandası "Bavariya"nı 5:4 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi
29 aprel
Saat 23:00, "Atletiko Madrid" - "Arsenal" (İctimai TV).