Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![“Atletiko” qələbəni son anda əldən verdi – VİDEO](https://images.oxu.az/2022/10/19/01/53/48/2e89c687-a4dd-42ad-8714-b3dda5126049/Без названия (3):1200.jpeg)
“Atletiko” qələbəni son anda əldən verdi – VİDEO
İspaniya La Liqasında X tur davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri Madriddə baş tutub.
“Atletiko” doğma meydanda “Rayo Valeykano” ilə üz-üzə gəlib.
Oyunda hesabı meydan sahibləri açıblar. Morata 20-ci dəqiqədə Qrizmanın ötürməsindən sonra dəqiq oynayıb.
Bununla belə, qonaqlar son anda məğlubiyyətdən qaçmağ bacarıblar. Radamel Falkao 90+2-ci dəqiqədə penaltidən fərqlənərən komandasının çətin səfərdən 1 xalla qayıtmasını təmin edib.
Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran “Atletiko” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
12 xalı olan “Rayo Valeykano” isə 10-cu sırada yer alıb.
Matçın qollarını təqdim edirik:
Rəylər