İspan LaLiqasının 7-ci turunun “Osasuna” - “Atletiko Madrid” görüşü öz gərginliyi ilə yadda qalıb.
Belə ki, matçın baş hakimi Xuan Martinez Munuera qarşılaşma ərzində oyunçulara 7 sarı, 3 qırmızı vərəqə göstərib.
Nəticəyə gəlincə, Pamplonadakı “El Sadar” stadionunda azarkeşlər qonaqların 2 qoluna şahidlik ediblər - 2:0.
Qrizman və Rikelme paytaxt komandasına 3 xalı qazandırıblar.
“Atletiko” 13 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 5-ci yerə yüksəlib. Osasuna isə 7 xalla 13-cü yerdə qərarlaşıb.
“Atletiko”nun matçında iki qol, üç qırmızı və yeddi sarı vərəqə - VİDEO