İyunun 12-dən etibarən ATV kanalında futbol üzrə dünya çempionatına həsr olunan yeni layihə efirə çıxacaq. “Mundial 2014” adlanan proqramda dünya çempionatının oyunlarından icmal göstəriləcək.
Oxu.Az xəbər verir ki, proqramda futbol ictimaiyyətinin tanınmış simaları oyunları müzakirə edəcək. Layihə həftəiçi hər gün saat 23.30-da, bazar günü və bazar ertəsi isə 19.30-da efirdə olacaq.
Proqramın aparıcısı Sənan Şəfizadə olacaq.