UEFA 2016-cı il Fransada keçiriləcək Avropa çempionatının talismanını rəsmən təqdim edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə “Avro-2016” nın Twitter səhifəsi xəbər verib.
Final mərhələsi Fransada keçiriləcək yarışın rəmzi talismanı 16 nömrəli futbolkada olan oğlandır.
Talismana ad qoymaqla bağlı müsabiqə davam edir. Müsabiqəyə 3 ad təqdim olunub. UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər Driblou, Qoaliks və SuperViktor adları arasında seçim edir.
Xatırladaq ki, Avro-2016-ın final mərhələsinin matçları Bordo, Lans, Lill, Lion, Marsel, Nitşe, Paris, Sen-Deni, Sent-Etyen və Tuluzada keçiriləcək. İlk dəfə olaraq Avropa çempionatının final mərhələsində 24 yığma iştirak edəcək.