Çexiya millisi D qrupunda ilk görüşünə qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, Patrik Şikin dubl etdiyi görüşdə Çexiya millisi meydan sahibi Şotlandiyanı 2:0 məğlub edib. Bununla da Çexiya İngiltərənin yer aldığı qrupda lider olub.
18:10
Patrik Şik qapıçının qabağa çıxmasından istifadə edərək 52-ci dəqiqədə meydanın mərkəzindən mükəmməl qola imza atdı. O bununla da qol sayında Belçika millisinin hücumçusu Romelu Lukakuya çatdı.
AVRO-2020: Çexiya meydan sahiblərinə qalib gəldi - VİDEO + YENİLƏNİB
17:02
Şotlandiyanın paytaxtı Qlazqo şəhərində D qrupunda ikinci görüşə start verilib.
Oxu.Az xəbər verir ki, Şotlandiya Çexiya millisini qəbul edir.
Komandalar meydana bu heyətlə çıxıb:
Şotlandiya (3-5-2): Marşal, Hanli, Kuper, Hendri, ODonel, Armstronq, MakCin, MakTominey, Robertson (kapitan), Dayks, Kristi
Çexiya (4-2-3-1): Vatslik, Borjil, Kalas, Çelustka, Tsoufal, Kral, Souçek, Yankto, Darida (kapitan), Masopust, Şik
Qeyd edək ki, qrupun digər görüşündə İngiltərə Xorvatiyanı 1:0 məğlub edib.
Səbuhi Musayev