Roma Olimpiya Stadionunda keçirilən Ukrayna – İngiltərə qarşılaşması futbolun yaradıcılarının 4:0 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, İngiltərə yarımfinala çıxması dəqiqləşən sonuncu komanda oldu. İngiltərə millisi yenidən öz meydanında – Londonda oynayacaq. Qaret Sautqeytin yetirmələri iyulun 7-də Londonda Danimarkanı qəbul edəcək.
00:25
İngiltərə millisi qollara doymur. Meydana altı dəqiqə əvvəl çıxmış Cordan Henderson 63-cü dəqiqədə hesabı darmadağın həddinə çıxartdı – 4:0.
23:00
AVRO-2020-də 1/4 final mərhələsinin son görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxtı Romada Ukrayna ilə İngiltərə qarşılaşır.
Ukrayna (3-4-1-2): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Nikolenko, Zinçenko, Sidorçuk, Karavayev, Şaparenko, Yarmolenko (kapitan), Yaremçuk
İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Volker, Filips, Rays, Sterlinq, Maunt, Sanço, Keyn (kapitan)
Qeyd edək ki, bu görüşün qalibi yarımfinalda Danimarkanın rəqibi olacaq.
Səbuhi Musayev