AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşlər başa çatıb.
G qrupunda Monteneqro Litvadan üstün olub - 2:0.
J qrupunda Lixtenşteyni məğlub edən Portuqaliya (2:0) artıq öncəki turlarda turnirin finalına vəsiqəni təmin edib.
Slovakiya yığması isə istəyinə yalnız İslandiya ilə görüşdə nail olub. İnamlı qələbə komandanı Avropa çempionatının final mərhələsinə çıxarıb - 4:2.
Qeyd edək ki, daha öncə Macarıstan, Fransa, Türkiyə və İngiltərə də Almaniyanın evsahibliyi edəcəyi turnirə vəsiqə əldə ediblər.
AVRO-2024
Seçmə mərhələ
G qrupu
Monteneqro - Litva 2:0