UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının maskotunu təqdim edib.
Qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, oyuncaq ayı olan talismanın adı hələ müəyyənləşməyib. UEFA bununla bağlı saytında sorğu keçirir.
Maskotun adı “Albart”, “Barnardo”, “Barnhart” və ya “Hertsi von Bar” olacaq.
Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.