Avropa Liqasının 1/8 final mərhələsinə start verilib.
İlk matçda Portuqaliyanın “Sportinq” və İtaliyanın “Atalanta” klubları üz-üzə gəliblər.
Portuqaliyanın paytaxtı Lissabondakı Joze Alvalade stadionundakı qarşılaşma heç-heçə ilə başa çatıb - 1:1.
17-ci dəqiqədə Paulinyo Portuqaliya klubunu hesabda irəli çıxarıb. 39-cu dəqiqədə İtaliya klubu Canluka Skamakkanın səyi ilə tabloda tarazlığı bərpa edib.
Qeyd edək ki, cavab oyunu martın 14-də İtaliyanın Berqamo şəhərində keçiriləcək.