Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Oxu.Az xəbər verir ki, komandamız F qrupundakı ilk oyununda Avstriya yığması qarşılaşıb.
Qarşılaşmada millimiz 1:0 hesabı ilə qalib gəlib.
İsa Atayev 36-cı dəqiqədə fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə üz-üzə gələcək.
Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada ötən gün start götürən Avropa çempionatında ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, millimiz Avstriya yığması ilə üz-üzə gələcək.
"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda mayın 29-u və 30-da F qrupunda İtaliya və Fransa milliləri ilə qarşılaşacaq.
