Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazana bilməyib.
“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Boqdan Yadova uduzub.
Beləliklə, Azərbaycan təmsilçiləri ilk günü mükafatsız başa vurublar.
18:12
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanmaq şansını davam etdirir.
Oxu.Az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı ardıcıl 3 rəqibini üstələsə də, yarımfinalda məğlub olub.
Final yolunda moldovalı Denis Vieruya uduzan Y.Nəcəfov bürünc medal uğrunda Ukrayna təmsilçisi Boqdan Yadovla qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımızdan Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52) isə medal qazanmaq şansını itiriblər.
09:58
Azərbaycanın beş cüdoçusu bu gün Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.
Avropa çempionatı
Qadınlar
48 kq
Leyla Əliyeva - Lois Petit (Belçika)
52 kq
Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr) görüşünün qalibi ilə
Kişilər
60 kq
Balabəy Ağayev - Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş (Türkiyə) görüşünün qalibi ilə
66 kq
Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)
Qeyd edək ki, dünya çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.