Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropa çempionatı: Azərbaycan güləşçiləri üç medal qazanıblar - YENİLƏNİB
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisinin yunan-Roma güləşçiləri bir dəst medal qazanıblar.
Oxu.Az xəbər verir ki, onlardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc mükafat əldə edib.
Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) məğlub edərək Avropa çempionu olub. Lakin Rəşad Məmmədov (55 kq) həlledici dueldə moldovalı Artyom Deleanuya uduzaraq, ikinciliyə yiyələnib.
Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib çıxıb.
21:51
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçi Murad Məmmədov (63 kiloqram) qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabıyla qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukraynada Poroşenkonun ətrafına qarşı əməliyyat
- Zelenski Ukraynada prezident seçkisinin nə vaxt keçiriləcəyini açıqladı
- ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib: Tulsi Qabbard təsdiqlədi
- Rusiya hərbçiləri Suca şəhərinin mərkəzində
- ABŞ-nin Polşa vasitəsilə Ukraynaya silah tədarükü bərpa edildi