Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa çempionatında qalmaqal: Çempion güləşçi söyüldü
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında mükafatlandırma mərasimi zamanı insident baş verib.
Oxu.Az "Volnaya borba" "Telegram" kanalına istinadla xəbər verir ki, xoşagəlməz hadisə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili ilə 74 kq dərəcəsində Albaniyanı təmsil edən osetinəsilli Çermen Valiyev arasında olub.
Sözügedən "Telegram" kanalı Ç.Valiyevin məşqçisi Kaxaber Dzukayevə istinadək edərək yazıb: "Mamiaşvili Valiyevi mükafatlandırarkən onu satqın adlandırıb və çempionun ünvanına söyüş söyüb. Bunu görən Azərbaycan komandasının məşqçisi Xetaq Qazyumov Mamiaşviliyə yaxınlaşaraq onun hörmətsizliyinə görə hiddətlənib. Səhnəarxasında da qalmaqal davam edib".
Mükafatlandırma zamanı Ç.Valiyev M.Mamiaşvilinin sözlərinə sərt reaksiya verərək federasiya rəhbərinin əlini itələyib.
Qeyd edək, Ç.Valiyev finalda Rusiya güləşçisi Zaurbek Sidakovu məğlub edib.
Həmin görüntüləri təqdim edirik: