Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, Əsgər Məmmədəliyev (-61 kq) Belarus təmsilçisi Vladislav Koykaya 7:1 hesabı ilə üstələyərək Avropa üçüncüsü olub.
Hacımurad Məhəmmədsəidov (-86 kq) təsəlliverici görüşdə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya çıxıb. O, almaniyalı Yohanes Martin Demli 8:4 hesabı ilə yenərək digər bürünc medalı qazanıb.
1/4 finalda Sarqis Hovsepyanı məğlub etmiş digər dağıstanlı legionerimiz Şamil Zubairov (-92 kq) da digər Belarus güləşçisinə ilk hissədə 12:0 qalib gələrək bürünc medalla təsəlli tapıb.
Xatırladaq ki, ötən gün Davud İbrahimov (-70 kq) eyni uğura imza atıb. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını dörd bürünc medalla altıncı sırada başa vurub.
