Avropa ölkələri FIFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payı özəl investorlara satmaq planlarına etiraz olaraq mundialı boykot etmək imkanını nəzərdən keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Rob Harris sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, bu həftə UEFA-ya üzv milli assosiasiyaların nümayəndələri yaranmış vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirəcəklər.
Daha əvvəl Canni İnfantinonun dünya çempionatındakı payın satılması layihəsi üzərində işlədiyi bildirilmişdi. İddialara görə, bu sxemin həyata keçirilməsi FIFA rəhbərinə on milyonlarla funt sterlinq qazandıracaq, danışıqlar isə ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparılıb.
Bu fonda UEFA artıq sözügedən təşəbbüsü tənqid edən bəyanatla çıxış edib.