UEFA Avropa Liqasında son 1/8 finalçı komanda müəyyənləşib.
“Report”un məlumatına görə, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu növbəti raunda adlayıb.
Matçın əsas vaxtı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda ukraynalılar 2:1 hesabı ilə qalib gəldiklərindən əlavə vaxt oynanılıb. Burada da ümumi tarazlıq pozulmadığından, penaltilər seriyasından istifadə olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (5:4) Donetsk təmsilçisi 1/8 finala yüksəlib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:1 (PENALTİLƏRDƏ - 4:5)
Qollar: Toko Ekambi, 52, İbrahim Salah, 106 - Janyuel Belosyan, 119 (avtoqol)
İlk oyun - 1:2
02:12
UEFA Avropa Liqasında 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.
“Report”un məlumatına görə, İtaliyanın “Roma”, İngiltərənin “Mançester Yunayted” və Almaniyanın “Union” (Berlin) komandaları növbəti mərhələyə adlayıblar.
“Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) görüşündə isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 2:0
Qollar: Andrea Belotti, 33. Paulo Dibala, 40
İlk oyun - 0:1
21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:0
Qollar: Lyuk de Yonq, 76. Fabio Silva, 90+4
İlk oyun - 0:3
00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya)
İlk oyun - 0:1
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)
İlk oyun - 2:2
00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)
İlk oyun - 1:2
00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)
İlk oyun - 0:0