UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, ikinci seansda daha 4 matç keçirilib.
İngiltərənin “Mançester Yunayted” klubu evdə İspaniya “Betis”ini sınağa çəkib. Görüş “qırmızı şeytanlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 6-cı dəqiqədə Markus Reşford açıb. Təslim olmaq istəməyən əndəlusiyalılar fasiləyə qədər Ayoze Pereslə bərabərliyi təmin etsələr də, ikinci yarıda Antoni, Brunu Fernandeş və Vut Veqhorstun qolları ingilislərə böyük hesablı qələbə qazandırıb.
Almaniyanın digər təmsilçisi “Union” isə evdə heç-heçə ilə kifayətlənib. Belçika “Union”u ilə qarşılaşan komanda 3:3 hesablı heç-heçəyə razılaşıb.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar: Q.İnasiu, 36, Paulinyo, 55 - V.Saliba, 22, H.Morita, 62 (öz qapısına)
21:45. “Roma” (İtaliya) - “Real Sosyedad” (İspaniya) – 2:0
Qollar: S.El Şaravi, 13, M.Kumbulla, 87
21:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Ferentsvaroş” (Macarıstan) - 2:0
Qollar: K.Demirbay, 10, E.Tabsoba, 86
21:45. “Union” (Berlin, Almaniya) - “Union” (Belçika) - 3:3
Qollar: Y.Yuranovuç, 42, R.Noçe, 69, S.Miçel, 89 - V.Bonifase, 28, 72, Y.Vertessn, 58