Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, 16 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə keçirilib
Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş”ın rəqibi “Brügge” olub. Hesabı 46-cı dəqiqədə Gökan Törə ilə açan “qara qartallar” qələbəni əldən verib - 2:1.
Avropa Liqası
1/8 final, ilk oyunları
12 mart
"Zenit” (Rusiya) - “Torino” (İtaliya) - 2:0
Qollar: Vitsel, 38, Krişkito, 53
“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə) - 2:1
Qollar: de Sutter, 62, Refaelov, 79-pen - Törə, 46
"Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) - 1:0
Qol: Zozulya, 30
"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya) - 3:1
Qollar: Naldo, 28, de Bruyne, 63; 76 - Palasio, 6
“Everton” (İngiltərə) - “Dinamo” (K, Ukrayna) - 2:1
Qollar: Naysmit, 39, Lukaku, 82-pen - Qusev, 14
"Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) - 1:1
Qollar: İliçiç, 17 - Keyta, 77
“Napoli” (İtaliya) - “Dinamo” (M, Rusiya) - 3:1
Qollar: İquain, 25; 30-pen; 55 - Kuranyi, 2
“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) - 1:3
Qollar: Vietto, 48- Vitolo, 1, Mbya, 26, Qameyro, 50
E.Ə.
www.oxu.az