Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.
Oxu.Az bildirir ki, matçlar İtaliya, İngiltərə, Almaniya və Portuqaliyada keçiriləcək.
“Milan” (İtaliya) “Roma”nı (İtaliya), “Bayer Leverkuzen” (Almaniya) “Vest Hem”i (İngiltərə), “Benfika” (Portuqaliya) “Marsel”i (Fransa), “Liverpul” (İngiltərə) “Atalanta”nı (İtaliya) qəbul edəcək.
Komandaların cavab görüşləri aprelin 18-də baş tutacaq.
Qeyd edək ki, dörddəbir final mərhələsinin bütün oyunları bu gün, Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
UEFA Avropa Liqası dörddəbir final mərhələsi
11 aprel
“Milan” - “Roma”
Baş hakim: Kleman Turpin (Fransa)
Milan, “Cüzeppe Meazza” stadionu
“Bayer Leverkuzen” - “Vest Hem”
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
Leverkuzen, “BayArena” stadionu
“Benfika” - “Marsel”
Baş hakim: Maykl Oliver
Lissabon, “Estadio da Luiz” stadionu
“Liverpul” - “Atalanta”
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Liverpul, “Enfild” stadionu
Rəylər