Ağdamın "Qarabağ" klubunun UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsi üzrə ehtimal olunan rəqiblərinin siyahısı daralıb.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Belə ki, Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti turda "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qaliblərindən biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, sözügedən II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 23-ü və 30-da baş tutacaq.
Bu gün "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibinin adına aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ağdam təmsilçisi "Qarabağ" növbəti raundun püşkatmasında yenidən səpələnmişlər səbətində qərarlaşaraq aşağıdakı komandalardan biri ilə üz-üzə gələ bilər:
"Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), həmçinin "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya), "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya), "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) və ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütlərinin qalibləri.
Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Vestri" klubu ilə mübarizə aparacaq. Sözügedən mərhələnin qarşılaşmaları iyulun 9-da və 16-da baş tutacaq.