Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa Oyunlarında iştirak edəcək idmançılara vacib məlumat veriləcək
Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, iyunun 10-da baş tutacaq görüşdə gənclər və idman naziri Azad Rəhimov və MOK vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.
Tədbir çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaq.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar