Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının VI turunda London derbisi baş tutacaq. Beş matçda 13 xal toplayan komandalar - “Tottenhem” və “Arsenal” ikincilərin meydanında üz-üzə gələcəklər. Eyni zamanda bu gün “Çelsi” və “Liverpul” da meydana çıxacaqlar. Fransa Liqa 1-də turun mərkəzi oyunu PSJ və “Marsel” arasında keçiriləcək. Beş matçdan sonra Paris klubu səkkiz xalla beşinci Marsel təmsilçisi doqquz xalla dördüncüdür. Almaniya A Seriyasında mövsümə uğurlu start verən “Bayer” “Haydenhaym”ı sınağa çəkəcək. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Leverkuzen təmsilçisi qələbə qazanmağı bacarsa, yenidən zirvəyə şərik olacaq.
İtaliya A Seriyasında bu gün “İnter”, “Napoli” və “Roma” meydana çıxacaqlar. Hər üç komanda səfərdə oynayacaq. İspaniya La Liqasında Madrid derbisi baş tutacaq. “Real Madrid” və “Atletiko Madrid” “hindular”ın meydanında üz-üzə gələcəklər. Türkiyə Super Liqasında “Beşiktaş” ev, “Fənərbağça” səfər oyununa çıxacaqlar.
24 sentyabr
İngiltərə Premyer Liqası
17:00. “Arsenal” - “Tottenhem”
17:00. “Çelsi” - “Aston Villa”
17:00. “Liverpul” - “Vest Hem”
Fransa Liqa 1
22:45. PSJ - “Marsel”
Almaniya Bundesliqası
17:30. “Bayer” - “Haydenhaym”
İtaliya A Seriyası
14:30. “Empoli” - “İnter”
20:00. “Bolonya” - “Napoli”
22:45. “Torino” - “Roma”
İspaniya La Liqası
23:00. “Atletiko Madrid” - “Real Madrid”
Türkiyə Super Liqası
18:00. “Beşiktaş” - “Kayserispor”
21:00. “Alanyaspor” - “Fənərbağça”