Avropa Liqasının pley-off mərhələsində keçirilən “Ranners” – “Qalatasaray” oyununda azarkeşlər arasında toqquşma baş verib.
“Haber Global” məlumat verir ki, gərgin hadisələrin cərəyan etdiyi tribunanın yaxınlığında oturan “Qalatasaray”ın kolumbiyalı hücumçusu Radamel Falkao dərhal oradan uzaqlaşıb.
Qeyd edək ki, oyun 1:1 hesablı bərabərliklə bitib. İstanbul təmsilçisinin heyətində 22 yaşlı hücuma meyilli yarımmüdafiəçi Kərəm Aktürkoğlu fərqlənib.