Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azarkeşlər fransalı futbolçuların olduğu avtobusu daşa basdılar - FOTO/VİDEO
“Marsel” azarkeşləri “Lion”un futbolçularını və məşqçilərini daşıyan avtobusu daşa basıblar.
Toqquşma Fransa çempionatındakı matçdan əvvəl baş verib. Azarkeşlər “Velodrom” stadionuna gedən “Lion” avtobusunun şüşələrini sındırıblar.
Hadisə nəticəsində “Lion”un baş məşqçisi Fabio Qrosso xəsarət alıb. Daş qırıqları onun üzünə dəyib və qan axmağa başlayıb. İtaliyalı mütəxəssisə stadionda ilkin tibbi yardım göstərilib. Onun köməkçisi Raffael Lonqonun da xəsarət aldığı qeyd edilir.
Avtobusda olan futbolçuların xəsarət alıb-almaması barədə məlumat yoxdur. Hadisə səbəbi ilə oktyabrın 29-u saat 22:45-ə planlaşdırılan qarşılaşma təxirə salınıb.
Mənbə: Le Parisien
"Fransa" teqi üzrə xəbərlər
- Ermənistan hökumətinə fransalı məsləhətçilər TƏYİN EDİLDİLƏR
- İki qadına təcavüzdə ittiham edilən Depardye hakim qarşısına çıxarılır
- Fransa polisi dinc nümayişçilərə hücum edib: Üç nəfər yaralanıb
- Fransada Rusiyanın iki telekanalına yayım qadağası
- Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı