UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunlarında qeydə alınan azarkeş sayı bəlli olub.
Oxu.Az xəbər verir ki, bu mərhələdə ən çox tamaşaçı Yunanıstanda müşahidə edilib.
"Panatinaikos"la "Reyncers" arasındakı görüşü stadiondan 36 121 nəfər izləyib.
Bu, II təsnifat mərhələsinin cavab qarşılaşmaları üçün ən yüksək göstəricidir.
Bu oyunla yanaşı, daha 3 görüşə azarkeşlər böyük maraq göstəriblər. Onların arasında təmsilçimiz "Qarabağ"ın da matçı var.
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları
FKSB - "Şkendiya" - 32 457, (1:2)
"Srvena Zvezda" - "Linkoln" - 31 241 (5:1)
"Qarabağ" - "Şelburn" - 25 573 (1:0)