Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında çıxış edən Azərbaycan gimnastları - Daniel Abbasov və Murad Rəfiyev kişi cütlükləri arasında temp hərəkətlərində finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, cütlük 26,600 xal toplayıb.
Bu gün onlar, həmçinin balans hərəkətlərini nümayiş etdirəcəklər.
Səbuhi Musa