İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
Oxu.Az-ın məlumatına görə, kişilər ibarət yığma komandamız ikinci qarşılaşmasını Danimarkaya keçiriblər.
Millimiz 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç və Eltac Səfərli öz rəqiblərinə qalib gəliblər, Rauf Məmmədov isə heç-heçə oynayıb.
Azərbaycan yığması bu qələbədən sonra 4 xalla turnir cədvəlinə başçılıq edir.
Növbəti turda millimizin rəqibi İspaniya yığması olacaq.
Zərif cinsdən olan şahmatçılarımız isə İtaliyaya 1:3 hesabı ilə uduzublar.
www.oxu.az