Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın gənc boksçulardan ibarət millisi Rusiyanın Çita şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, turnir avqustun 26-da başlayacaq. Artıq səfərə yollanan yığmamız avqustun 31-də vətənə qayıdacaq.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanlı boksçu yarışlardan 4 illik kənarlaşdırıldı
- Azərbaycanın boks millisi Bakıdakı beynəlxalq turnirdə birinci yeri tutub
- Azərbaycan boksçuları beynəlxalq turnirdə bir qızıl və iki gümüş medal qazanıblar
- Qadın boksçumuz dünya çempionatına qələbə ilə start verib
- Azərbaycan boksçusu dünya çempionatında erməniyə qalib gəlib
Ən çox oxunanlar