Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan boksçusu dünya çempionatında erməniyə qalib gəlib
Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.
O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Bir boksçumuz finala yüksəldi, üçü bürünc medal qazandı
- Azərbaycan boksçuları beynəlxalq turnirdə finala yüksəliblər: İkisi isə bürünc medal qazanıb
- Boksçularımız beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldilər
- Millimizin yeni baş məşqçisi müəyyənləşib
Ən çox oxunanlar