İyunun 6-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.
Yarışda iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.
Millimizi turnirdə 12 cüdoçu ilə təmsil edəcək. Onlardan 9-u ilk, 3-ü ikinci mərhələdən yarışa başlayacaq.
Kişilər
-60 kq
Davud Məmmədsoy – Romarik Vend-Yam Buda (Fransa)
Kəramət Hüseynov – Məhəmməd Raşnonezad (IJF)
-66 kq
Orxan Səfərov – Natan Barns (İrlandiya)
Nicat Şıxəlizadə – Lusyen Bors Dumitresku (Rumıniya)
-73 kq
Nurlan Osmanov – Tomi Masias (İsveç)
Hidayət Heydərov – Ayton Sike (Mozambik)
-81 kq
Zelim Tskayev - Terens Kouamba (Qabon)
Murad Fətiyev – Eliott Konoli (Yeni Zelandiya)
-100 kq
Elmar Qasımov – Boris Qeorgiyev (Bolqarıstan)
Qadınlar
-48 kq
Leyla Əliyeva – Sabina Qilyazova (RJF)
Aişə Qurbanlı – Xulia Fiqueroa (İspaniya)
-52 kq
Gültac Məmmədəliyeva – Tatyana Levitskaya-Şukvani (Gürcüstan)