Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Dilşot Xalmatova (Ukrayna) uduzub.
Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.
17:20
Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Teo Raoul Hebrarda qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Yusifov qızıl medal uğrunda Dilşot Xalmatov (Ukrayna) - Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan idmançılarımızdan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.