Azərbaycan akrobatları – Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.
Oxu.Az xəbər verir ki, duet təsnifat mərhələsində templə hərəkətlərdə 29.090 xalla 1-ci olub.
Sabir Ağayev və Mehriban Salamovadan ibarət cütlük isə 26.340 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib. Final sabah keçiriləcək.
Qeyd edək ki, Ağasif Rəhimov və Raziyə Seyidli dünən balansla hərəkətlərdə eyni uğura imza atıb.