Yanar Əsədov Rusiyanın “Ufa” futbol klubuna keçməyə yaxındır.
Maraqlıdır ki, 25-yaşlı idmançı karyerası boyunca ancaq futzal ilə məşğul olub.
Hazırda KPRF klubunun üzvü olan Yanar indiyədək “Spartak”, “Gazprom” və “Dina” kimi futzal klublarında çıxış edib.
Əsədovun fevralın 6-dək “Ufa”da baxışdan keçəcəyi bildilrir.
Qeyd edək ki, Rusiyada anadan olan Yanar Əsədov həm də bu ölkənin mini-futbol yığmasının üzvüdür.
Mənbə: championat.com