FİFA dünya yığmalarının 2014-cü ildə ilk reytinq siyahısını açıqlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası yeni ilə 94-cü pillədə başlayıb.
Hazırda hesabında 363 xala malik millimizin mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verməyib.
Qeyd edək ki, siyahının ilk 25 pilləsində dəyişiklik yoxdur.