FİFA-nın oktyabr reytinqi açıqlanıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən və Rusiya millisi ilə 1:1 hesablı heç-heçəyə nail olan futbol üzrə Azərbaycan yığması yuxarı pilləyə doğru böyük sıçrayış edib.
Komandamız reytinqdə 107-ci yerdən 88 pilləyə yüksəlib. Azərbaycan yığmasının hesabında 407 xal var ki, bu da sentyabrdakıdan 92 xal çoxdur.
Biz Şimali İrlandiya, Estoniya, Gürcüstan və digərləri kimi komandaları qabaqlamışıq.
Ermənistan FİFA-nın oktyabr reytinqində 38 yerdə qərarlaşıb.
Siyahıya əvvəlki kimi İspaniya millisi (1513 xal) liderlik edir. Almaniya 1311 xal ilə 2-ci yerdə qərarlaşıb. 3-cü yerdə Argentina komandasıdır (1266).