Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, sinxron proqramda Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc mükafata sahib çıxıblar.
12:36
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar.
Fərhad Mustafayev və Ömər Qasımlı gümüş medalla kifayətləniblər.
