Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan güləşçiləri finalda erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular
Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyada keçirilən U-17 Avropa çempionatında daha beş medal qazanıb.
Oxu.Az xəbər verir ki, Turan Daşdəmirov (51 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
O, finalda erməni Yurik Mxitaryana tam üstünlüklə qalib gəlib - 8:0.
Ayxan Cavadov (60 kq) da həlledici görüşdə Ermənistan güləşçisi Aleks Marqaryandan üstün olub - 9:4.
Səid Paşayev (92 kq) isə finalda serbiyalı Stevan Kojiçə tam üstünlüklə qalib gəlib.
Yusif Əhmədli (71 kq) finalda belaruslu Kiril Valeuskiyə (AİN) 3:7 hesabı ilə məğlub olub. Nicat İsgəndərli (45 kq) bürünc medal uğrunda görüşdə norveçli Abubakar Saqaya 10:6 hesabı ilə qalib gəlib.
Beləliklə, yunan-Roma güləşi yığmamız Avropa çempionatını ümumilikdə 3 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
- Avropa çempionatında sonuncu oyununa çıxan Azərbaycan millisi məğlub oldu
- Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcək
- Avropa Çempionatı: Azərbaycan millisi Serbiya seçməsinə qarşı
- Əjdər Bağırov: "Avropa çempionatında çox yaxşı iştirak etdik"
Rəylər