Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.
Qadın güləşi
53 kq
Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5
1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4
Yunan-Roma güləşi
63 kq
1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1
1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4
Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2
67 kq
1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5
Посмотреть эту публикацию в Instagram
"Çin" teqi üzrə xəbərlər
- Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi
- Çində təyyarədə qalmaqal: Sərnişin stüardessanı diz çökdürdü - Video
- Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir - Video
- Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı
- Doğulmamış uşağın xilası: Çin həkimlərindən ana bətnində unikal əməliyyat
Digər xəbərlər
