Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan idmançısı Çində çempion oldu
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çində uğurlu çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 80 kq çəki dərəcəsində K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü Tayyuan şəhərində keçirilən Qran-pridə fəxri kürsüyə yüksəlib.
Bütün rəqiblərinə qalib gələn Abuzərli qızıl medala yiyələnib və Azərbaycan himnini səsləndirib.
"Çin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar