İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qaliblər Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə açıqlanıb.
Nominasiyalar üzrə:
İlin idman xadimi – İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti)
İlin əcnəbi futbolçusu – Abdellah Zubir (“Qarabağ”, Fransa)
İlin futbolçusu – Emin Mahmudov (“Neftçi”)
İlin idmançısı – İrina Zaretskaya (karate)
İlin komandası – “Qarabağ” futbol komandası
İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)
İlin idman yarışı – AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu
Xüsusi mükafatlar:
İlin bütün qaliblərini düzgün müəyyənləşdirdikləri üçün – Fanat.az, ATV
Qeyd edək ki, ardıcıl 9-cu il həyata keçirilən layihənin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyi, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.
Səbuhi Musayev
Foto: Rəşad Mehdiyev