Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir "Kür" olimpiya Kompleksində karate yarışları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan idmançıları bir neçə medal qazanıblar.
55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb. Gümüş medala həmçinin Fərid Savadov (60 kq) sahib çıxıb.
Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Azərbaycan karateçiləri III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fərdi mübarizədə İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (hər ikisi 67 kq), katada Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov bu mərhələyə adlayıblar.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.
Daha çox foto burada: PhotoStock.az