Bu gün İstanbulda karate üzrə Avropa çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, yarışın həlledici günündə Azərbaycan yığması komanda kumitesində bürünc medal uğrunda mübarizə aparıb. Komandamız Almaniyadan olan rəqiblərinə 3:0 hesabı ilə qalib gəlib və 3-cü yeri tutub.
Bundan əvvəl Azərbaycan yığması Ukrayna və Portuqaliyaya qalib gəlsə də, yarımfinalda Fransaya uduzmuşdu.