Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Azərbaycan karateçiləri beynəlxalq turnirdə dörd medal qazanıblar - FOTO](https://images.oxu.az/2024/04/07/23/57/36/d04a501b-3a09-48d0-99d7-d1fe0dc0b22b/92bffcb7-d9fd-3ab0-bf09-1e8017f1d251_850:1200.jpg)
Azərbaycan karateçiləri beynəlxalq turnirdə dörd medal qazanıblar - FOTO
Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən beynəlxalq turnirdə dörd medal qazanıblar.
Oxu.Az xəbər verir ki, fərdi kumite yarışında idmançılarımızdan Əminağa Quliyev (60 kq) qızıl, Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) isə bürünc medala sahib olublar.
Kata yarışında Ramilə Heydərova gümüş medala layiq görülüb.
Ən çox oxunanlar
Rəylər