Ölkəmizi Konfrans Liqasında təmsil edəcək üç klubumuzun rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə” ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək.
“Neftçi” ilk görüşünü “Aris”lə (Kipr) oynayacaq.
“Qəbələ” isə “Fehervar”la (Macarıstan) oynamalı olacaq.
“Zirə” ilk oyununu Bakıda, “Neftçi” və “Qəbələ” isə müvafiq olaraq Kipr və Macarıstanda keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 və 28 iyulda olacaq.
10:30
Bu gün Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri bəlli olacaq.
Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” “səpələnmiş”, digər iki komanda “səpələnməmişlər” səbətində yer alacaq.
“Neftçi”nin potensial rəqibləri:
“Dinamo” (Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi
“Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi
“Aris” (Kipr)
“Makedoniya” (Şimali Makedoniya)
“Velej” (Bosniya və Herseqovina).
“Zirə”nin potensial rəqibləri:
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi
BATE (Belarus)
“Kayrat” (Qazaxıstan)
“Universtatya” (Krayova, Rumıniya)
“Makkabi” (Təl-Əviv, İsrail).
“Qəbələ”nin potensial rəqibləri:
APOEL (Kipr)
“Başakşehir” (Türkiyə)
“Fehervar” (Macarıstan)
“Aris” (Yunanıstan)
“Radniçki” (Serbiya).
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” I təsnifat mərhələsində Polşanın “Lex” klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsində “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 və 28 iyulda olacaq.