Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan klubu hücumçusu ilə yollarını ayırdı
“Qəbələ” ötən ilin yayında heyətinə qatdığı Osama Xalayla ilə yolun sonuna gəlib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqada sonuncu yerdə qərarlaşan əyalət təmsilçisi israilli hücumçu ilə vidalaşmaq qərarına gəlib.
Elmar Baxşıyev mövsümün geridə qalan hissəsində cəmi iki qol vuran legionerin xidmətində maraqlı deyil.
Baş məşqçinin mesajını forvarda çatdıran rəhbərlik ona müqaviləni pozmaq təklifini edib. Həmçinin Xalaylaya özünə başqa komanda tapması tapşırılıb.
“Qırmızı-qaralar” mövsümlərarası fasilədə israilli ilə 1+1 illik müqavilə imzalayıb. O, peşəkar karyerasına “Bney Saxnin”də başlayıb.
26 yaşlı hücumçu 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra Təl-Əviv “Makkabi”sinə keçib. 2022-ci ildə Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə" ilə oyunlarında Təl-Əviv təmsilçisinin heyətində olub.
Daha sonra Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama 2021-ci ildə əsas millidə debüt edib.
"İsrail" teqi üzrə xəbərlər
- Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurduqlarını bəyan etdilər
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- İsrail Azərbaycana yeni səfir təyin edib
- Netanyahu: "İsrailə hücum husilərə baha başa gələcək"
- Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək