Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda "Sabah" sevinən tərəf olub.
Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.
57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə "bayquşlar"ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb.
119-cu dəqiqədə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vuraraq kuboku "Sabah"a qazandırıb.
Anar Həsənov
Bu gün Azərbaycan Kubokunun qalibinin adına aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, Mehti Hüseynzadə adına Sumqayıt şəhər stadionda baş tutacaq görüşdə "Qarabağ"la "Sabah" üz-üzə gələcəklər.
Görüş saat 19:00-da start götürəcək.
31 may
Azərbaycan Kuboku
Final
Saat 19:00, "Qarabağ" - "Sabah".