Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Kukus" stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi oyunlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) uduzub.